Hərəkətlərin ardıcıllığını düzgün anlamaq üçün öncə əsas termin və tərifləri dəqiqləşdirmək lazımdır:

VEKA şirkəti hazır məhsul olaraq pəncərə istehsal etmir. VEKA şirkəti pəncərənin tərkib hissəsi olan yüksək keyfiyyətli profil istehsalçısıdır.

Emal edən şirkətlər – VEKA şirkətinin tərəfdaşlarıdırlar, onlar profildən istifadə edərək hazır məhsul istehsal edirlər – pəncərə, qapı, eyvan bloku. Dilerlər məhsulu məhz emaledici şirkətlərdən alırlar.  

Satış ofisləri (onlar barədə məlumat xəritədə yerləşdirilib) – hazır məhsulların – pəncərələr, qapılar, eyvan bloklarının, yəni profildən, o cümlədən VEKA profillərindən hazırlanan məhsulun satış nöqtələridir.

Как разместить информацию о своей торговой точке на карте www.veka.ru

Əlaqə məlumatın yerləşdirilməsi haqqında qərarı emaledici şirkət, yəni həm/ya pərakəndə satışa malik, həm/ya də/da dilerləri hazır məhsulla təmin edən şirkət qəbul edir.

Ofisi haqqında məlumatı www.veka.ru saytında yerləşdirmək üçün Diler emaledici şirkətlə əlaqə yaratmalı və bu məlumatları təqdim etməlidir. 

Texniki olaraq bu belə baş tutur – emaledici şirkət VEKA şirkəti ilə razılaşdırılmış satış ofisləri barədə məlumatların təqdim edilməsi haqqında formanı doldurur. Bu formaya həm ticarət nöqtəsinin faktiki ünvanı, o cümlədən en və uzunluq dairəsi (xəritədə dəqiq yerləşməsi üçün) haqqında, həm də telefon nömrələri, saytın ünvanı, elektron poçtu və satış ofisinin fotolarını ehtiva edən əlaqə məlumatı daxildir.

Bundan sonra doldurulmuş forma VEKA şirkətinə göndərilir və 3 iş günü ərzində məlumatlar xəritədə yerləşdirilir.

 Anlamaq vacibdir ki, xəritəyə çeşidi yalnız 100% VEKA profilindən hazırlanan məhsuldan ibarət satış ofisləri əlavə edilə bilər.

 Bu prosesdə VEKA Rus şirkətinin rolu – şirkətin www.veka.ru rəsmi saytında dilerin satış ofisləri barədə əlaqə məlumatının yerləşdirilməsinə imkan yaratmaqdır.